ÖZBƏK İŞ ADAMI İSLAM MƏRKƏZİNƏ 8 MİLYON DOLLARLIQ KİTAB BAĞIŞLADI – İBRƏTAMİZ…

0

Alişer Usmanov bu kompleksin tikintisinə 100 milyon dollar vəsait qoyacaq…

Özbək əsilli dünyaca məşhur iş adamı Alişer Usmanov Özbəkistan İslam Mərkəzinə 8 milyon dollar dəyərində nadir kitablar bağışlayıb.

Bu haqda Rusiya mediası xəbər verir. Kolleksiya latın, ingilis, fransız və alman dillərində 4923 nadir nüsxədən ibarətdir. XIII əsrdən bəri nəşr olunmuş həmin kitablar orientalizmin (Avropa şərqşünaslığı) və İslam dünyasının Avropaya təsirindən bəhs edir. Onlar arasında İbn Sinanın “Təbabət elminin qanunu” kitabının latın dilinə ilk tərcüməsi də var.

Xatırladılır ki, İslam Mədəniyyət Mərkəzi Alişer Usmanovun maliyyə dəstəyi ilə Daşkənddə tikilir. Kompleksin beynəlxalq standartlara uyğun qurulması planlaşdırılır. Mərkəzə kitabxana, informasiya-resurs mərkəzi, elmi şöbələr, konfrans zalı, xidməti otaqlar və digər obyektlər daxil olacaqdır.

İslam Mərkəzinin təməlinə ilk simvolik daş Özbəkistan prezidenti tərəfindən 2018-ci ilin iyun ayında qoyulub.

Daha əvvəl “Forbes”ə müsahibəsində A. Usmanov kompleksin tikintisinə 100 milyon dollar vəsait qoyacağını bəyan edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MOSKVADA BAĞLANAN “İNAM” MƏSCİDİ AZƏRBAYCANLILARDAN GERİ ALINMAQ ŞƏRTİ İLƏ İSTİFADƏYƏ VERİLİB

Rusiyada azərbaycanlılar tərəfindən icarəyə götürülmüş Moskvanın Otradnıy rayonunda yerləşən və bu yaxınlarda sahibi tərəfindən bağlanan “İnam” məscidi həmyerlilərimizdən birdəfəlik geri...

Bağla