Elə zamanlar olur ki, insanlar təkcə başqalarına qarşı deyil, özlərinə qarşı da inamsız olurlar. Bu kimi hadisələrə müəyyən fəsadlar yarada bilir. Bunun üçün də özünə inamı aşağı olan insanlar haqqında 10 xüsusiyyəti sizə təqdim edirik.
1. Qərarsızdırlar.
“Nə etsəm, necə davransam?.. Belə etsəm nə düşünərlər, elə etsəm camaat nə deyər?” kimi suallarla keçir həyatları.
2. Səhv etməkdən qorxurlar.
Etdiklərini özləri də bəyənmədikləri üçün, başqalarının da bəyənməyəcəyini düşünür və hərəkətə keçməkdən qorxurlar. İçdən içə mükəmməl olmaq üçün çalışır, ancaq bu səylərini reallaşdırmırlar.
3. Məsuliyyət götürmək istəmirlər.
İstər iş həyatında olsun, istərsə də şəxsi həyatlarında qərar vermə işini qarşılarındakına buraxırlar. İdarəçilik kimi mövqelərdən çox işçi olmağa üstünlük verirlər.
4. Başqaları tərəfindən təqdir edilməyə ehtiyac duyurlar.
Etdikləri hər işdən sonra bir təsdiq alma, təqdir olunma gözləntisi yaşayırlar. Bu gözləntiləri qarşılanmadıqda isə əhvalları pozulub, etdikləri işə maraqlarını itirirlər.
5. Tənqid edilməyi sevmirlər.
Hər nə qədər tənqidə açıq olduqlarını söyləsələr də əslində heç də elə deyillər. Belə hallarla qarşılaşanda müdafiə mövqeyinə keçər, lazım gəlsə ağlayar ya da mövzunu bağlayarlar.
6. Yanlış anlamağa meyillidirlər.
Göndərdiyiniz mesajları, istifadə etdiyiniz emojileri, mimikalarınızı belə yanlış anlayıb, özlərinə kədərlənmək üçün səbəb yaradarlar.
7. Sevdikləri insanlara hislərini göstərə bilmirlər.
Səbəbi təbii ki, də rədd edilmə qorxusudur. Ölüm yoxdur ki, sonunda “sevirsənsə get danış” deyiləsi insanlardır.
8. Çox vaxt ətrafındakı insanlara qarşı şübhəli olurlar.
“Qəti məni sevmir. O gün də elə dedi, qəti arxamdan bir iş çevirir. Keçən gün də mən otağa girəndə birdən səssizləşmişdilər.” deyərkən özlərinə qarşı qurulan sui-qəsd teoremlərindən kitab yaza bilərlər.
9. İnsanlarla qurduqları münasibətləri güclü olmur.
Özlərini dəyərli görmədikləri üçün, qarşılarındakı insanın da onlara dəyər verdiyinə inanmırlar, güvən problemi yaşayırlar. Daha əvvəlki bütün maddələri də gözdən keçirəndə münasibətlərinin niyə güclü olmaması açıq-aydın görünür.
10. Daha çox asosial həyat yaşayırlar.
Tənqid olunma, bəyənilməmə kimi vəziyyətlərə qalib gələ bilmədikləri üçün həlli asosiallıqda tapırlar.