Məqsəd və məramı olmayanın hədəfi də olmaz.
Liderlik bir növ başqalarının həyatına istiqamət verə bilmə bacarığıdır. Belə bir şəxsin ən mühüm xüsusiyyəti, şübhəsiz ki, ilk növbədə şəxsi həyatını idarə etmədə, yəni “Özünüidarəetmə”də uğur qazanmasıdır. Çünki özünü idarə etməkdə aciz olan birinin “Fəallığı artıran və ruhlandırıcı lider” olması qeyri-mümkündür.
“Özünüidarəetmə” həyatımıza məna qazandıracaq hədəflərə çatmaq üçün bizə lütf edilən imkan və istedadları bilmək və onları lazımi şəkildə istifadə edib planlı, səmərəli və keyfiyyətli bir həyat tərzininə sahib olmaqdır.
Səmərəli bir özünüidarəetmə üçün bilik, şüur və planlama sahəsində atacağımız addımlar aşağıdakılardır:
1. Həyatımızı mənalı edəcək məqsədimiz və hədəflərimiz müəyyənləşdirilməlidir:
Varlıqlarına məna verə bilməyən şəxslərin həyatının da bir dəyəri olmaz. Buna görə də ilk iş öz varlığımızın “nə üçün” sualını doğru cavablandıra bilməkdir. İlk növbədə görəcəyimiz iş: “Şəxsi məqsəd”lərimizin nə olduğunun müəyyən edilməsidir. Hətta bu, yazılı olmalıdır. Çünki məqsəd bir vasitədir. Bunun mənalı olması, ancaq hədəfimizin varlığına və qiymətinə bağlıdır. Məqsəd və məramı olmayanın hədəfi də olmaz. Hədəfini müəyyən etməyənlərin müvəffəqiyyət xülyası da xam xəyaldan ibarətdir.
Məqsəd və hədəflərimizi sağlam şəkildə müəyyən etmək üçün ilk növbədə aşağıdakı suallara cavab tapılmalıdır:
– Həyat bizim üçün nə məna verir? Həyat deyildikdə ölümlə bitən bir zaman kəsiyini qəsd edirik, yoxsa, ölümdən sonrası da həyat anlayışımızın içində yer tutur?
– Məsuliyyətimiz nələrdən ibarətdir? Bizim üstümüzdə bizə ölçü qoyan iradələr nələrdir?
– Məqsədimizə necə nail ola bilərik? Yaxın və uzun vədəli hədəflərimiz nələrdir? Hədəflərə çatdıracaq yol xəritəmizi bilirkmi?
2. Bizə lütf edilən imkan və istedadlarımızı bilməli, onları yaxşı tanımalıyıq.
– Həyatımızın davam etməsi. Hələ son nəfəsimizi verməmişik.
– Fitri qabiliyyətlərimiz və üzvlərimiz (ürəyimiz, gözümüz, qulağımız və s.)
– Maddi imkanlarımız (var-dövlətimiz, vəzifəmiz, hörmətimiz və s.)
– Mənəvi imkanlarımız (inamımız, dəyərlərimiz, hörmət və ehtiram görməyimiz, təhsilimiz və s.)
– Ailəmiz və qohumlarımız
– Dost və yoldaşlarımız
– Yaşadığımız mühit
– İşimiz və s.
3. Məsuliyyətlərimiz bilinməlidir.
– Allaha qarşı məsuliyyətlərimiz
– Özümüzə qarşı məsuliyyətlərimiz
– Ailəmizə qarşı məsuliyyətlərimiz
– Ətrafımıza qarşı məsuliyyətlərimiz
– İşimizlə əlaqəli məsuliyyətlərimiz və s.
4. İmkanlarımız, istedadlarımız və məsul olduğumuz sahələrdə, həmçinin digər xüsuslarda ideal səmərəlilik səviyəsini təyin etməliyik.
Yuxarıda qeyd edilən bu dörd xüsusla bağlı şüurlu bir məlumat əldə etdikdən sonra, bunları necə həyata keçirə biləcəyimiz haqda da bilik, təcrübə və fərasətə söykənən ciddi bir dəyərləndirmə edilməlidir. Bu, özünüidarəetməni reallaşdıracaq ikinci böyük addımdır. Belə bir dəyərləndirmənin ehtimal olunan nəticələrində aşağıdakı xüsuslar böyük əhəmiyyət kəsb edir:
1. Ciddi bir şəkildə vaxtın idarə edilməsinə ehtiyac vardır: Mövzu ilə əlaqəli keyfiyyətli bir seminar və ya bu sahə ilə bağlı bir neçə kitab oxumaq faydalı ola bilər.
2. Görüləcək işlər siyahısının doğru müəyyənləşdirilməsi lazımdır. İlk növbədə görüləcək işləri irəli almaq, digər bir ifadə ilə daha mühüm və mühüm sıralaması etmək, həyatı lazımsız işlərdən təmizləmək üçün zəruri bir addımdır.
3. İstifadə ediləcək vasitələrin doğru müəyyənləşdirilməsi və kimlərdən kömək istəyəcəyimizin seçilməsi lazımdır. Çünki “Kəm alətlə kamal olmaz” deyilmişdir. Yəni vasitə doğru seçilməmişdirsə, müvəffəqiyyət qazanmaq mümkün deyil.
4. Güclü bir iradəyə sahib olmaq. Bu, hər işdə olduğu kimi özünü idarə etməmizin sağlamlığı baxımından da ən mühüm əsaslardan biridir. Güclü bir iradə olmadan səbir və dözüm göstərmək mümkün deyil. Səbir və dözümdən məhrum olmaq isə, müvəffəqiyyətdən məhrum edən amillərdəndir.
5. Allaha tam bir təvəkkül və etimad hissi qəlbin aram tapması və stresdən xilas olmaq üçün Rəbbani bir məlhəmdir. İnanan insanın ən böyük pənahı və ümidi Allahdır. Bu ümid və güvənlə ürəklər yorulma və parçalanma xəstəliyindən xilas olur.
6. Bütün səbəb və tədbirlərə riayət etməklə birlikdə, nəticə bizim istədiyimiz şəkildə olmazsa, təqdirə riza və Haqqa tam bir təslimiyyət göstərərək “Hər işdə bir xeyir var” anlayışı ilə sükunəti mühafizə etmək özünüidarəetməni zəiflik virusundan qoruyacaq və ona yenidən bir həyat nəfəsi üfürəcəkdir.
Həyatı necə gəldi deyil, ayıq-sayıq bir şəkildə yaşamaq ilk növbədə öz şəxsimizə yönəlməyi və bədən mülkünün padşahı olmağı tələb edir. “Özünü idarə etmə” liderlik ağacının dərinlərə doğru uzanan kökləridir. Köklərin güclü olması gövdə və budaqların da möhkəm olmasını təmin edir. Sağlam köklərə sahib olmayan liderliklər nəticədə qurumağa məhkum olacaqdır.
Dr. ADEM ERGÜL
ŞƏXSİYYƏT DİLİ və LİDERLİK, İPƏKYOLU NƏŞRİYYATI