PAKİSTAN GOOGLE VƏ VIKIPEDIYAYA XƏBƏRDARLIQ ETDİ: MÜQƏDDƏSLƏRƏ HÖRMƏT EDİN

0

Rəsmi İslamabad virtual ensiklopidya vikipediyaya və virtual axtarış sistemi googlea xəbərdarlıq edib.

Pakistan Kommunikasiya idarəsi, googleda islam xəlifəsi axtarıldığı zaman yanıldıcı nəticələr çıxması və “Əhmədiyyə qrupu”nun google play storea Quranın orjinallıqdan uzaq versiyasının yüklənməsi barədə  quruma şikayətlər daxil ollduğunu bildirib.  

Açıqlamada həmçinin bildirilib ki, vikipediyada Həzrəti Muhammədin (SAV) karikaturaları yerləşdirilməsi və Mirzə Mənsur Əhmədin müsəlman kimi təqdim edilərək istifadəçilərin yanıldılması da şikayət mövzusu olub.

Qurum, bu platformlar vasitəsilə müqəddəs dəyərlərə göstərilən hörmətsizliyin aradan qaldırılmasını tələb edib, əks təqdirdə qanuni yollara müraciət ediləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, “əxlaqız paylaşımlara nəzarət edə bilməməsi” səbəb göstərilərək oktyabrın 6-da Pakistanda TikTok yasaqlanmışdı. Bundan sonra şirkət paylaşımlarını ölkə qanunvericiliyinə uyğun edəcəyi barədə təminat verdikdən sonra rəsmi İslamabad TikTok qadağasını ləğv etmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MİLLİ QƏHRƏMAN POLAD HƏŞİMOVUN TİMSALINDA ŞƏHİDLƏRİMİZƏ İTHAF OLUNMUŞ KLİP HAZIRLANIB – VİDEO

Vətən Müharibəsinə həsr olunmuş yeni əsər hazırlanıb. Məlumata görə, sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya aid olan “Vətən savaşı”...

Bağla