Pakistanın şimal-qərbində yerləşən Peşəvar şəhərində martın 4-də baş verən partlayış nəticəsində 30 ibadət edən şəxs ölüb, onlarla insan yaralanıb.
“Aljazeera” xəbər verir ki, bu barədə yerli polis əməkdaşları bildirib.
Polis deyib ki, partlayış Peşəvarın Kuça Risaldar məscidində dindarların cümə namazına toplaşdığı vaxt törədilib.
Məlumata görə, yaralılar hospitala yerləşdirilib.
Partlayışın məsuliyyətini üzərinə götürən yoxdur.
Report