Pakistanın baş naziri İmran Xan, Facebook direktorlar şurasının sədri Mark Sukerberqə islamafobiya barədə məktub yazıb.
Baş nazir özünün twitter səhifəsində paylaşdığı məktubda, facebookun rəhbərindən sosial şəbəkədə islamafobiya və İslama qarşı nifrəti artıran paylaşımlara məhdudiyyət qoyulmasını istəyib.
“(Mark Sukerberq) diqqətinizi, bütün dünyada və xüsusilə də facebook daxili sosial şəbəkə platformlarından istifadə edilərək nifrət, fanatizm və zorakılığın təşviqi ilə islamafobiyanın artmasına cəlb etmək istəyirəm.” – deyə Xan məktubunda qeyd edib.
Şəbəkədə antisemitizm mövzusuna həssas yanaşmalarına görə Sukerberqi təbrik edən İmran Xan, Fransada Hz. Muhammədin (SAV) karikaturalarının sosial şəbəkədə paylaşılmasını və İslam dininin terror ilə eyniləşdirildiyini xatırladaraq eyni həssaslığın müsəlmanlara da göstərilməsini tələb edib.