PAKİSTANIN BAŞ NAZİRİ KANADADA BAŞ VETƏNLƏRƏ ETİRAZ ETDİ

0

Pakistanın baş naziri İmran Xan Kanadanın London şəhərində 4 pakistanlı müsəlmanın ölümü ilə nəticələnən hadisəyə etirazını bildirib.

Baş verənləri terror hadisəsi kimi dəyərləndirən İmran Xan, sosial şəbəkədə 4 nəfərin ölümünə görə çox təəssüfləndiyini bildirib.

“Bu terakt Qərb ölkələrində çoxalmağa başlayan islamafobiyanın bir nəticəsidir. Beynəlxalq ictimaiyyət artıq islamafobiya ilə mübarizə etməlidir.”  – deyə İmran Xan tvitter səhifəsində qeyd edib.

Pakistanın xarici işlər naziri Şah Mahmud Qüreyşi də baş verənlərin nifrət və islamafobiya zəminində törədilən terror hadisəsi olduğunu vurğulayıb və zərərçəkənlərin müsəlman olmaları səbəbilə hədəfə götürüldüyünü deyib.

Xatırladaq ki, ötən gün Kanadanın London şəhərində bir sürücü idarə etdiyi mikroavtobusu piyada səkisində olan müsəlman ailənin üstünə sürüb və onlardan 4-nün ölümünə səbəb olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ “TRT ÇOCUK DİYANƏT” KANALI FƏALİYYƏTƏ BAŞLAYACAQ

Türkiyədə “Türkiyə Radio Televizyonu”un (TRT) nəzdində “TRT Çocuk Diyanet” kanalı fəaliyyətə başlayacaq. Bu məqsədlə Diynetin sədri Əli Erbaş ilə TRT-nin...

Bağla