PANDEMİYA DÖVRÜNDƏ 12 MİN NƏFƏR QURAN HAFİZİ OLDU

0

Türkiyə Diyanet komitəsinin sədri professor Əli Erbaş ölkənin 81 vilayətində hafizlik təlimlərinin davam etdiyini bildirib.

“Həqiqətin və hidayətin mənbəyi olan əziz kitabımız Qurani-Kərimə xidmət etmək, mühafizi olmaq, hafizlik ənənəsini qorumaq, inkişaf etdirmək və daimi hala gətirmək məqsədi ilə Diyanet komitəsi tərəfindən aparılan Hafizlik təlimlərimiz 81 vilayətdə davam edir.” – deyə Erbaş sosial şəbəkədəki şəxsi səhifəsində bildirib.

Əli Erbaş sosial şəbəkədə Diyanetin hafizlik təlimi barədə hesabat da paylaşıb. Bu hesabata görə, 1679 Quran kursunda 6 839 müəllim və 71 437 şagirdlə hafizlik təlimi üz-üzə və ya distant olaraq fasiləsiz davam edir.

Həmçinin pandemiya dövründə 12 407 şagird Qurani-Kərimi başdan sona qədər əzbərləyərək Hafiz sertfikatı alıb.

Bundan başqa “Quran kursu – məktəb əməkdaşlığı” ilə 233 kursda 11 112 şagird, “Hafizlik təkrar proqramı” ilə 67 kursda 1 105 şagird hafizlik təlimlərinə davam edir.   

Hesabatın yekununda bildirilib ki, “Hafizlik tədris kursları təlim proqramı” Adana, Ankara, Diyarbəkir, Ərzurum, İstanbul, İzmir və Rizədə 115 kursda 2 132 şagirdlə davam edir.

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ORDULARI BÜTÜN TAPŞIRIQLARI UĞURLA YERİNƏ YETİRİBLƏR – VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki...

Bağla