Səudiyyə Ərəbistanı krallığının kovid-19 pandemiya səbəbindən bu il də Həcc ibadətinin olmaması barədə qərar qəbul edəcəyi bildirib.
Bu barədə “Reuters” agentliyi krallıqdan iki mənbəyə istinadən məlumat yayıb.
İlk mənbənin məlumatına görə, pandemiyanın qlobal miqyasda artması, virusun dünyada yeni versiyalarının çıxması və pandemiyanın ölkədə daha sürətli yayılması təhlükəsinə qarşı Həcc ibadətinin bu il də keçirilməyəcəyi barədə qərar qəbul ediləcək.
“Reuters”ə açıqlama verən növbəti mənbənin məlumatına görə, hazırda xaricdən gələn zəvvarlara yasaq tətbiq edilməsi müzakirə olunur.
Hər iki mənbə bir müddətdən sonra Həcc ibadəti berədə rəsmi məlumatın bəyan ediləcəyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Qafaqaz Müsəlmanları İdarəsi (QMİ) pandemiya səbəbindən bu il böyük ehtimalla Azərbaycandan Həccə gedilməyəcəyini açıqlamışdı.
Mənbə: haber7.com