QMİ qazılar şurası yerlərdəki nümayəndələrinə məhərrəmlik ayinləri ilə əlaqədar müraciət edib.
“QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Özəlliklə, son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq, məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr görülən tədbirlər barədə hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.”