Fransanın paytaxtı Parisdə xəttatlar Mustafa Cəmil Efe və Seyid Əhməd Bursalının əsərlərindən ibarət “İqra” adlı sərgi açılıb.
Sərgi Mədəniyyət Müşavirliyinin dəstəyi, MÜSİAD Paris şöbəsinin, “Kumbaracı” 4-cü incəsənət qalareyasının və THY-nin əməkdaşlığı ilə açılıb.
“Galerie Joseph Bachaumont” zalında keçirilən sərginin açılışında çıxış edən mədəniyyət müşaviri Serra Aytun sərginin məqsədinin, 2 min ildən çox ömrü olan xəttatlıq sənətinin tanıdılması olduğunu deyib.
MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Paris şöbəsinin sədri Əhməd Kalaycı isə sərginin açılışına verdikləri dəstəyə görə məmnun olduqlarını deyərək mədəniyyət və turizm naziri Numan Kurtuluşun açılış münasibəti ilə göndərdiyi mesajı oxuyub.
Kurtulumş mesajında, qədim mədəniyyət irsinin zənginliyini əks etdirmənin ən gözəl nümunələrinə sahib olan xəttatlığın xaricdə tanıdılması üçün verdiyi dəstəyə görə MÜSİAD Paris şöbəsinə və digər quruluşlara təşəkkürünü bildirib.
Xəttat Efe isə xəttatlığın müxtəlif səbəblərlə dünyada layiq olduğu yerdə olmadığına diqqəti cəlb edərək bunun səbəblərindən birinin, xətt yazısının əcnəbilər tərəfindən ərəb yazısı kimi qəbul edilməsi olduğunu qeyd edib.
Nümayiş edilən əsərlərin müasir anlayışa uyğun olduğunu, amma yazıların əsas xüsusiyyətlərinə heç bir zərər verilmədiyini vurğulayan Efe, bu əsərlərdə təxminən min illik tarixi anlayışın əks edildiyini deyib.
AKP millət vəkili Zəki Aygün də TBMM-nin intensiv proqramına baxmayaraq bu sərgidə iştirak etmək üçün Parisə gəldiyini, cəmiyyətlərin incəsənət, mədəniyyət və ənənələri ilə yaşadığını bildirib. Parisdə türk mədəniyyətinin tanıdılmasının əhəmiyyətli olduğunu deyən Aygün sərgidə iştirak etdiyi üçün məmnuniyyətini ifadə edib.
Sərgidə Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) daimi nümayəndəsi səfir Erdem Başçı, Paris baş konsulu Görkəm Barış Tantekin, Paris “Yunus Emre” mərkəzinin müdiri Əhməd Bakcan, THY-nin Paris rəhbəri Hikmət Məsud Türkseven və diplomatik korpusun nümayəndələri ilə qonaqlar iştirak edib.
Bir çox ölkə başçısı, nazir millət vəkili və kolleksiyaçıda xəttat Mustafa Cəmil Efenin əsərləri var. ABŞ və Ağ evdə əsəri yerləşdirilən ilk xəttat olan Efe Yaponiya, Nigeriya, Vatikan, İran, İraq, Serbiya və birçox ölkədə keçirilən 100-dən çox milli və beynəlxalq sərgidə iştirak edib.
Xəttat Seyid Əhməd Bursalı xəttatlıqda klassik metodlara sadiq qalaraq əsərlər yaradır. Bursalının müxtəlif dizaynla yazdığı 100-dən çox Hilyeyi Şərif bir çox xarici ölkələrdə nümayiş edilib.
Xəbər:Şirəli Məmmədov