Parisdə qızıl medal qazanan parataekvondoçu qalibiyyətini şəhid ailələrinə həsr edib

0

Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondoçu İmaməddin Xəlilov qalibiyyətini şəhid ailələrinə həsr edib.

Bu barədə idmançı jurnalistlərə açıqlamasında bildirib.

O ilk sevincini ailəsi ilə bölüşdüyünü vurğulayıb: “Onlar hədsiz sevincli idilər. Hər döyüşdən sonra sosial şəbəkələrdə yazılan şərhlərdə Azərbaycan xalqının dəstəyini hiss edirdim. Bu da öz növbəsində məndə əlavə motivasiya yaradırdı. Finalda isə heç bir tərəddüd olmadı, özümə çox güvənirdim. Bilirdim ki, mən çempion olacam”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA TOZUN KONSENTRASİYASINDA NİSBİ AZALMA MÜŞAHİDƏ EDİLİR

Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında nisbi azalma müşahidə olunur. Bu barədə...

Bağla