Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı törədilən partlayışlar nəticəsində 42 nəfər həyatını itirib.
Bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.
Bildirilir ki, ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.
Hadisələr zamanı daha 280 nəfər yaralanıb.
Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.