PEYĞƏMBƏRİMİZƏ YAXIN OLANLAR KİMLƏRDİR

0

Mənəvi cəhətdən Peyğəmbərimizə (SAV) yaxın olanlar kimlərdir?

Peyğəmbərimizə (SAV) yaxın olanlar müttəqilərdir.

Muaz bin Cəbəl (ra) rəvayət edir:

“Rəsulu-Əkrəm (SAV) məni Yəmənə vali təyin edəndə yola salmaq üçün Mədinənin kənarına qədər təşrif buyurdu. Mən minikdə idim, O isə piyada idi. Mənə bəzi məsləhətlər verdikdən sonra dedi:

“Ey Muaz! Bəlkə bu ildən sonra məni bir də görməyəcəksən! Güman edirəm ki, bu məscidimdə qəbrimi ziyarət edəcəksən!”

Bu sözləri eşidəndən sonra dostdan, Allahın Rəsulundan ayrılacaq olmanın üzüntüsü ilə ağlamağa başladım. Rəsulullah:

“Ağlama ey Muaz!” – buyurdu və üzünü Mədinə tərəfə çevirərək,

“İnsanlar arasında mənə ən yaxın olanlar, kim və harada olur-olsun Allaha qarşı təqva sahibi olan müttəqilərdir!” – buyurdu. (Əhmed, V, 235; Həysəmî, Məcmau’z-Zəvâid, Beyrut 1988, IX, 22)

Peyğəmbərimiz (SAV) başqa bir hədisdə də buyurur:

“Mənim dostlarım sözsüz ki, müttəqilərdir!” (Əbû Dâvûd, Fitən, 1/4242)

Təqvada kamal mərtəbəsinə çatan qəlb, artıq nəzərgahı-ilahi olmaqşərəfinə nail olur, ilahi hikmət sirrlərin təcəlli məkanı olur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜZÜ GÖZƏLLƏŞDİRƏN İBADƏT

Kəlmə olaraq təhəccüd “yuxudan çətinliklə oyanmaq, yatıb sonra yenidən oyanmaq” mənasındadır. İslam böyüklərindən olan Hz. Həsən Bəsridən soruşdular: “Gecə namazı...

Bağla