Bosniya və Hersoqovinanın paytaxtı Saraybosnada İslam peyğəmbəri Hz. Muhammədin (ﷺ) mövludu münasibəti ilə ənənəvi “Salam ya Rəsulullah” tədbiri başlayıb.
Bu il 17-si keçirilən tədbir paytaxtdakı Qazi Hüsrəv Bəy kitabxanasında baş tutur. Tədbirin açılış proqramında çıxış edən Saraybosna İslam Şurası Məclisinin baş imamı Abdulqafar Veliç, Bosniya müsəlmanlarının peyğəmbərin (ﷺ) dünyaya gəldiyi ayı böyük sevinclə qarşıladığını deyib.
Bu çərçivədə 20 gün boyu bəzi şəhərlərdə müxtəlif tədbirlər keçiriləcək.
“Yaxşılıq Et” şüarı ilə keçirilən tədbir çərçivəsində başda Saraybosna olmaqla ölkənin müxtəlif şəhərlərində noyabrın 1-nə qədər ilahi konsertləri, kitab təqdimatları və mövlud tədbirləri baş tutacaq.