PEYĞƏMBƏRİMİZİN İLK CÜMƏ XÜTBƏSİ

0

Allah-təala belə buyurur:

“Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir. Kim oddan (cəhənnəmdən) uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o xilas olmuşdur. Dünya həyatı isə aldadıcı faydadan (həzz və əyləncədən) başqa bir şey deyildir”. (Ali İmran, 185)

Peyğəmbər (s.ə.s) qıldırdığı ilk Cümə namazının xütbəsində axirət hazırlığının əhəmiyyətini belə dilə gətirmişdir.

“Ey insanlar!

Sağlam olduğunuz vaxt axirətiniz üçün hazırlıq edin! Əlbəttə ki, hər biriniz öləcək və sürünüzü çobansız buraxacaqsınız”. Sonra Allah, ona vasitəsiz bir şəkildə belə deyəcək:

«Rəsulum gəlib sizə əmirlərimi bildirmədi? Mən sənə mal mülk verdim, sən özün üçün nə gətirmisən?» 

Bu sual ilə qarşılaşan hər kəs sağa-sola baxaraq bir şey görməyəcək, önünə baxdığı anda isə cəhənnəmihəd görəcəkdir…

“O halda yuxudan oyanın! Kim (heç  bir imkanı olmayıb) yarım xurma da olsa (atəşdən qorunmaq üçün) gücü yetirsə versim! Kim də ki o yarım xurmanı belə tapa bilmirsə, onda ən azından xoş bir söz deyərək yaxşılıq etməyə çalışsın! Çünki edilən bir yaxşılığa on mislindən yeddi yüz qata qədər savab verilir”. (İbn Hişam, I, 118-119)

Osman Nuri Topbaş

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ, PATRİARXI QARABAĞDAKI MƏSCİD VƏ KİLSƏLƏRİ ZİYARƏTƏ DƏVƏT EDİB

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin sessiyasında iştirak çərçivəsində İstanbulda Rum Fənər Pravoslav Patriarxlığında Ekumenik...

Bağla