Bu hadisə çox əhəmiyyətlidir.
Ənəs bin Malik (ra) rəvayət edir ki, Peyğəmbərimiz (SAV) vəfat edərkən iki məsələnin üstündə çox dayandı.
Birincisi, Allah-Taalaya olan qulluq vəzifəmizi təkamül etdirməyimiz, namaz qılmağımız. Bunun üçün namaz sözünü üç dəfə təkrarladı.
İkincisi də əlimizin altında olanların hüquqlarına diqqət etmək. Onlar yetimlər, dullar, məzlumlar və s.dir.
Bunlar Peyğəmbərimizin (SAV) son vəsiyyətləri idi. Ənəsin (ra) rəvayətinə görə, artıq elə bir hal olmuşdu ki, Peyğəmbərimizin (SAV) səsi eşidilmirdi, amma o sözlərini təkrarlayırdı.
Bu, Rasulu-Əkrəmin (SAV) ümmətinə olan son vəsiyyəti idi.