Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyatla, Tel Tamir əyalətinin PKK/YPG üzrə qondarma briqadir komandanı Kamal Pir kod adlı İbrahim Mohammad Nasir məhv edilib.
Həmçinin, Şırnak vilayəti Jandarm Komandanlığının PKK/KCK-PYD/YPG terror təşkilatına qarşı keçirdiyi əməliyyat vaxtı Canfəda Alman kod adlı Azad Öngüç ələ keçirilib. Öngüçün TIR-ın altında gizlənərək Türkiyəyə keçməyə cəhd edərkən ələ keçirildiyi bildirilib.
Bundan başqa, Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədəki rəsmi səhifəsində, Şimali Suriyada 5 PKK/YPG terrorçusunu məhv etdiyini açıqlayıb.