Türkiyə Silahlı Qüvvələrinin (TSK) hərbçiləri separatçı PKK/YPG terror qruplaşmasına ağır zərbə endirib.
İslamveirfan.com xəbər verir ki, bu brədə Türkiyə Milli Müdafiə Nazirliyinə aid rəsmi tviter səhifəsində məlumat və video paylaşılıb.
Məlumatda, bölgədə 11 terrorçunun məhv edildiyi bildirilir.
“Qəhraman əsgərlərimiz Fırat Kalkanı bölgəsində növbəti uğurlu hərbi əməliyyat həyata keçiriblər. Sülhü və əmin-amanlığı pozmaq üçün hücuma cəhd edən 11 PKK/YPG terrorçusu əsgərlərimi tərəfindən zərərsizləşdirilib.” – deyə nazirliyin paylaşımında qeyd edilib.
Kahraman Komandolarımız, Fırat Kalkanı bölgesinde başarılı bir operasyon daha gerçekleştirdi.
Huzur ve güvenlik ortamını bozmak için saldırı girişiminde bulunan 11 PKK/YPG'li terörist etkisiz hâle getirildi.#MSB pic.twitter.com/vQO8Agz9Gm
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) August 20, 2022