Türkiyə xüsusi xidmət orqanı MİT-in (Milli İstixbarat Təşkilatı) keçirdiyi əməliyyatla PKK terror qruplaşmasının rəhbər şəxslərindən biri məhv edilib.
Bu barədə Türkiyənin yerli mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Şimali İraqın Süleymaniyə bölgəsində MİT əməkdaşları terror qruplaşmasının rəhbər şəxslərindən olan Mehmet Doğanı keçirdiyi əməliyyatla zərərsizləşdirib.