POLİS TARİXİ İNCİL KİTABINI SATMAQ İSTƏYƏN ADAMI BELƏ YAXALADI

0

Türkiyənin Adana şəhərində 2 şəxs çox dəyərli tarixi İncil kitabı və başqa tarixi əsərləri polisə satarkən yaxalanıb.

Türkiyə mediasına istinadla bildirir ki, Polis Bölməsinə şəhər mərkəzində Vecdi F. və Şərəf A. adlı şəxslərin tarixi əsərləri satmağa çalışdığı məlumatı çatıb.
Daha sonra polis alıcı qismində həmin şəxslərlə əlaqə yaradaraq tarixi əsərləri almaq istədiyini bildirib. Polislər verilən ünvana gedərək tarixi əsərləri almaq istəyərkən şübhəlilər onların polis olduğunu anlayaraq qaçmağa çalışıblar. Amma polis tərəfindən yaxalanan adamlar həbs olunub.

Şübhəlilərin qaçarkən atdığı çantanın içindən axtarışlar zamanı iki bahalı İncil, qədim əskinazlar və möhür ələ keçirilib. Tarixi əsərlər müzey müdirliyinə təslim edilib. / Metbuat.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏMAVİ KİTABLARIN AZƏRBAYCAN DİLİNDƏ YAZILIŞ QAYDASI MÜƏYYƏNLƏŞİB

Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, səmavi kitabların və fəza cisimlərinin yazılış qaydası müəyyənləşib.

Bağla