Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib.
Dövlət başçısının tviter hesabındakı paylaşımında deyilir: “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.
Qeyd edək ki, sabah – 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Gənclər Günü 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq edilib.
Report