PREZİDENT İLHAM ƏLİYEV ƏRDOĞANA BAŞSAĞLIĞI VERİB

0

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş verən yanğında çoxsaylı insan ölümü ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir:

“Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

Qeyd edək ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğın nəticəsində 76 nəfər ölüb, 51 nəfər yaralanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb. Ə.Əsədov Türkiyənin Bolu vilayətində...

Bağla