PREZİDENT İLHAM ƏLİYEV ERMƏNİSTANA NÖVBƏTİ DƏFƏ XƏBƏRDARLIQ EDİB

0

“Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur”.

Bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman AZƏRTAC-a müsahibəsində deyib.

“Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”, – Prezident vurğulayıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Çavuşoğlu: Türkiyə qarşılıqlı hörmətə əsaslanan regional əməkdaşlığa töhfə verməyə hazırdır

“Regionumuzda dialoq və əməkdaşlığın yeni dövrü davamlı sülh, sabitlik və rifahın bərqərar olması üçün imkanlar pəncərəsi açır. Türkiyə qarşılıqlı hörmət...

Bağla