Prezident İlham Əliyev: Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndi, Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi işğaldan azad edilib

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də özünün rəsmi “Twitter” səhifəsində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Dövlətimizin başçısı rəşadətli Azərbaycan ordusunun aşağıdakı yaşayış məntəqələrini azad etdiyini bildirib:

Füzuli rayonu: Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.

Cəbrayıl rayonu: Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri.

Zəngilan rayonu: Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KİMİN CƏNAZƏ NAMAZI QILINMAZ?

Cənazə namazının qılınmağının uyğun görülmədiyi şəxslər bunlardır: Ata və anasını qəsdən öldürənlər və döyüş əsnasında öldürülən qəsbkarlar. Ancaq şəriət qaydalarının...

Bağla