Prezident İlham Əliyev Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədrini qəbul edib

0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Səudiyyə Ərəbistanı Krallığının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.
Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysal qəbula görə minnətdarlığını bildirib.
O, Bakıda keçirilən VII Qlobal Forumun əhəmiyyətinə toxunaraq, həmin tədbirdə çıxış etdiyini məmnunluqla qeyd edib və eyni zamanda bu tədbirin beynəlxalq əməkdaşlıq sahəsində özünəməxsus yer tutduğunu deyib. Qonaq Forumun Bakı şəhərində təşkil olunmasını düzgün bir seçim kimi dəyərləndirdi və eyni zamanda bildirib ki, Bakı qədim və müasir arxitekturanı özündə birləşdirən çox gözəl bir məkandır.
Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edərək, bu Forumun fəaliyyətinin genişlənməsinin və mühüm beynəlxalq tədbirə çevrilməsinin önəmini vurğulayıb. Dövlət başçısı Turki Al Faysal ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq həmin görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını bildirib.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verməsinin əhəmiyyəti qeyd olunub.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XİN: YENİ ZELANDİYADA ÖLƏN VƏ YARALANANLAR ARASINDA AZƏRBAYCANLI YOXDUR

Yeni Zelandiyada məscidlərin atəşə tutulması nəticəsində ölənlər və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb. Bu barədə ONA-ya XİN-dən...

Bağla