PREZİDENT İLHAM ƏLİYEV MƏSCİDDƏ TÖRƏDİLƏN TERROR AKTINA GÖRƏ BAŞSAĞLIĞI VERDİ

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı məktubu göndərib.

Məktubun mətnini təqdim edilir:

“Hörmətli xanım Baş nazir,

Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FİNLANDİYADA MƏSCİDƏ İRQÇİ HÜCUM OLDU

Finlandiyanın paytaxtı Helsinkidə məscidə irqçi hücum olub.  Dailysabah.com-un məlumatına görə, hücum zamanı məscidin binasına İslamı təhqir edən ifadələr yazılıb.   Məsələ...

Bağla