Prezident İlham Əliyev TDT-nin Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana gedib

0

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gedib.

Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda halal dərman istehsalı ilə bağlı qaydalar hazırlanıb və hökumətə təqdim olunub

Səhiyyə naziri Teymur Musayev halal dərman vasitələri haqqında qəbul edilən standartlarla bağlı məsələyə münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında deyib ki...

Bağla