Prezident İlham Əliyev Türkiyə PA komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə “ASELSAN” şirkətinin baş direktoru Ahmet Akyol, “ASFAT” şirkətinin baş direktoru Behçet Karataş, “HAVELSAN” şirkətinin baş direktoru Mehmet Akif Nacar, “Maşınqayırma və Kimya Sənayesi” şirkətinin baş direktoru İlhami Keleş, “REPKON Grup” şirkətinin prezidenti İbrahim Külekçi, “ROKETSAN” şirkətinin baş direktoru Murat İkinci, “Müdafiə Texnologiyaları və Mühəndislik” şirkətinin baş direktoru Özgür Güleryüz, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi – TUSAŞ” şirkətinin baş direktoru Temel Kotil daxildir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar tədbirlər keçiriləcək

Şuşada şəhərin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar təntənəli tədbirlər keçiriləcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də...

Bağla