PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏ PREZİDENTİ ƏRDOĞANA BAŞSAĞLIĞI VERDİ

0

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana 13 mülki vətəndaşın terrorçular tərəfindən qətlə yetirməsinə görə başsağlığı verib.

Başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbəri bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 fevral 2021-cı il.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqın Gara bölgəsində PKK terrorçularına qarşı keçirilən əməliyyatı vaxtı mağaradan 13 Türkiyə vətəndaşının terrorçular tərəfindən qəddarcasına qətlə yetirilmiş cəsədi aşkarlanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVLÜD ÇAVUŞOĞLU BƏXTİYAR VAHABZADƏ İLƏ BAĞLI PAYLAŞIM EDİB – FOTO

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Bəxtiyar Vahabzadənin vəfatının 12-ci il dönümü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Can Azərbaycanın...

Bağla