PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏLİ HƏMKARINA BAŞSAĞLIĞI VERDİ

0

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qardaşı oğlunun vəfatı münasibəti ilə başsağlığı verib.

Prezident İlham Əliyevin bu məqsədlə yazdığı məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Ailənizə üz vermiş ağır itki – böyük qardaşınızın oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham ƏliyevAzərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2020-ci il.”

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşının oğlu ötən gün 73 yaşında dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
LİVİYA MÜFTİSİ: ƏHDƏ VƏFA GÖSTƏRMƏLİYİK VƏ TÜRKİYƏYƏ DƏSTƏK VERMƏLİYİK – VİDEO

Son vaxtlar verdiyi bəyanatlarla diqqət mərkəzində olan Liviya müftisi Sadiq əl-Giryani ölkə xalqınamüraciət edib. Müfti, Türkiyənin Liviyaya dəstək verən yeganə...

Bağla