Prezident İlham Əliyev yol qəzası keçirən Binəli Yıldırıma və Şamil Ayrıma baş çəkib

0

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.

Dövlətimizin başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.

Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi də öz növbəsində qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılmalarına və onların dərhal tibbi müayinədən keçirilərək müalicə almalarına görə dövlətimizin başçısına və tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN İSTANBULDA İƏT ÖLKƏLƏRİNİN KONFRANSINDA İŞTİRAK EDƏCƏK

Oktyabrın 21-22-də Türkiyənin İstanbul şəhərində Azərbaycanın da iştirak edəcəyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya nazirləri və media üzrə...

Bağla