Prezident İlham Əliyevin “TEKNOFEST”də çıxışı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb

0

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı mətbuat vasitəsilə türkdilli ictimaiyyətə çatdırılıb.

“Anadolu” agentliyi, “yenisafak.com” və “euronews.com” saytı Azərbaycan Prezidenti İlham Əliyevin “Ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisini xatırladaraq, “Bir yumruq” ifadəsi başlığı altında məqalələr türk və ingilis dillərində dərc ediblər.

Xəbərdə Prezident İlham Əliyevin Türkiyənin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısı olduğu barədə fikirlərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, Azərbaycanın dövlət başçısı Türkiyənin son 20 il ərzində böyük və şərəfli yol keçdiyini deyib.

“TRT haber”, “Haber Global”, “Milliyet TV” və digər telekanallar səfərlə bağlı reportajlar yayımlayıb.

Nüfuzlu “Sabah” qəzetinin və “Ahaber” agentliyinin internet saytında yerləşdirilən “Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq” başlıqlı yazıda Prezident İlham Əliyevin çıxışından müxtəlif sitatlar gətirilib.

Türkiyənin digər nəşrlərində dövlət başçısının qardaş ölkənin təhlükəsizlik tədbirlərinə kompleks şəkildə yanaşmasının, Ankaranın həyata keçirdiyi layihələrin bölgədə əməkdaşlığa zəmin yaratdığı barədə fikirləri xüsusi olaraq vurğulanıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ BAŞA ÇATIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfəri aprelin 29-da başa çatıb....

Bağla