Prezident seçkisində xarici ölkələrdən ən çox səs verənlərin Türkiyədən olacağı gözlənilir

0

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar xarici ölkələrdə yaradılan seçki məntəqələrində iştirak edən ən fəal seçicilərin olduğu ölkələrdən biri Türkiyədir.

“Report”un Ankara bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib.

O bildirib ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən minlərlə Azərbaycan vətəndaşı prezident seçkisi prosesində seçici olaraq iştirak etmək üçün öncədən səfirliyə müraciət edib. Həmin şəxslər konsulluq qeydiyyatından keçib və adları seçici siyahısına daxil olunub.

Seçki prosesində iştirak etmək üçün öncədən namizəd seçici olaraq qeydiyyatdan keçənlərin sayına uyğun olaraq da seçki məntəqələri qurulub. Ona görə də seçki məntəqələrinin sayı əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAYRAKTAR UKRAYNADA DRON ZAVODU TİKİLDİYİNİ AÇIQLAYIB

Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisinə başlayıb. Müəssisədə “Bayraktar”ın TB2 və TB3 modellərinin istehsalı nəzərdə tutulub. “Reuters” xəbər...

Bağla