Prezidentin köməkçisi: “Ermənistanın dövlət terroru davam edir”

0

“Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

Hacıyev qeyd edib ki, kamikadze dron mülki obyektlərin ətrafında hərəkət edib, kamikadze dronun məhv edilməsi nəticəsində daha çox mülki şəxsin həyatı xilas edilib.

“Ermənistanın dövlət terroru davam edir. Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”, – deyə Prezidentin köməkçisi vurğulayıb.  

Hikmət Hacıyev Ağstafada məhv edilmiş PUA-nın şəkillərini paylaşdı

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Düşmən Bərdə, Ağcabədi və bir sıra rayonların kəndlərini atəşə tutur

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Ölən və yaralananlar var. İslamveirfan.com xəbər...

Bağla