PREZİDENTİN KÖMƏKÇİSİ QARABAĞDA MÜHARİBƏNİN BAŞLAMASINDAN DANIŞDI: “DEDİK Kİ, ARTIQ KİFAYƏTDİR”

0

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın torpaqları işğaldan azad etmək üçün əks-hücum əməliyyatları keçirməsinin səbəblərini açıqlayıb.

H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan danışığı (2018-ci ilin sentyabrın 28-də) xatırladıb.

O bildirib ki, Azərbaycan həmin dövrlərdə bir daha konstruktivlik və strateji səbir nümayiş etdirib.

“Azərbaycan tərəfi lazımi şərait yaratdı ki, tərəflər münaqişəni sülh yolu ilə həll etsinlər, amma təəssüf ki, bu baş vermədi” – deyən H.Hacıyev əlavə edib ki, əksinə, bundan sonra Ermənistan hakimiyyəti təxribatçı açıqlamalar verdi.

“Baş nazir Paşinyan Dağlıq Qarabağa getdi, orada “Qarabağ Ermənistandır və nöqtə” dedi. Daha sonra isə Ermənistanın müdafiə naziri (David Tonoyanı nəzərdə tutur) ABŞ-a səfəri zamanı “Yeni ərazilər üçün yeni müharibə” doktrinasını elan etdi”.

H.Hacıyev Ermənistanın daha sonra – 2020-ci ilin iyulunda Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlara əl atdığını diqqətə çatdırıb.

“Bundan sonra danışıqlar prosesində yaranan durğunluq və situasiyanın eskalasiya istiqamətində dəyişməsi, sentyabrın 27-də isə Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasından sonra biz dedik ki, artıq kifayətdir”.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanı danışıqlar masasına qaytarmaq, Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün hərbi əməliyyatlar keçirməyə məcbur oldu.

oxu.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AŞƏRƏİ-MÜBƏŞŞƏRƏ KİMLƏRDİR?

Peyğəmbərimizin (ﷺ) həyatda ikən cənnətlə müjdələdiyi on səhabəyə Aşərəi-Mübəşşərə deyilir. Aşərəi-Mübəşşərə qaynaq əsərlərdə “əl-aşərətul-mübəşşərə”, “əl-mübəşşirun bil-cənnə”, “əl-aşərətül məşhudu ləhum bil-cənnə”...

Bağla