PREZİDENTİN KÖMƏKÇİSİ XARİCİ DİPLOMATLARLA TƏRTƏRDƏDİR

0

Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, diplomatik korpuslar, beynəlxalq təşkilat rəhbərlərinin Tərtərə və işğaldan azad olunan Ağdama səfəri təşkil olunur:

“Onlar Ermənistanın hücumlarından sonrakı Tərtəri görəcəklər. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. Sürgündə olan “Qarabağ” futbol klubu da yanımızdadır”.

oxu.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ORDUSUNUN ZOD QIZIL YATAĞINA TAM NƏZARƏT ETMƏSİ İLƏ BAĞLI AÇIQLAMA

Noyabrın 25-də Kəlbəcərin azad olunmasından sonra erməni tərəfi süni şəkildə sərhəd xətlərini dəyişdirməyə çalışıb.  Baku TV xəbər verir ki, ermənilər...

Bağla