PSİXOTERAPİYA VƏ QƏDƏR İNANCI

0

Emosional qarşıdurmaları həll edən, bu qarşıdurmalardan qaynaqlanan qayğı və gərginlikləri azaldan, ruhi uyğunlaşma səviyyəsini artıran, fərdlərarası əlaqələri daha yetkin bir səviyyəyə gətirən bütün texnika və üsullara, ümumi olaraq psixoterapiya deyilir. Biheviorial (davranışçı), koqnitiv (idrak), kreasionist (yaradılış), transaksional (ego mərkəzli), dinamik və bütöv olmaqla fərqli yanaşmaları olan psixoterapik prosesin qədər inancı ilə bir çox nöqtədə oxşar yanaşmalar sərgilədiyini söyləmək mümkündür.

Psixiatriyada iki əhəmiyyətli məktəb olan ekzistensial (varlıq psixologiyası) və koqnitiv (idrak psixologiyası) psixoterapiyada qədər inancının sahib olduğu psixoterapik təsirlərə uyğun xüsusiyyətlərə sahibdir. Bu məktəbin nümayəndələri qədər inancına uyğun vasitələrdən müalicə müddətində daha çox istifadə edir. Belə ki, ekzistensial yanaşmaya görə psixoterapiya, eqoizm-dünya əlaqəsindəki əyriliyi xəstəyə kəşf etdirməyi qarşısına məqsəd qoyur. Bu istiqamət yalnız kəşflə qalmır, mənlik funksiyalarının istənməyən əlamətlərini ortadan qaldırmaq, eqoizmi özünü reallaşdırmağa doğru irəlilətmək, qurban olma kimi passiv bir şüurdan fərdi qədərin məsuliyyətini yüklənmə formasında aktiv bir şüura doğru irəliləməkdir.

Ekzistensial məktəbə mənsub psixoloqlardan olan Frankla görə nə cins olursa olsun, hər psixoterapiyada, xəstənin özünə olan etibarını və hörmətini qüvvətləndirmək, ona daha yaxşı vəziyyətlərə yönəlməsi üçün iş gücü vermək və davranışlarını düzəltməsi üçün ona daha yaxşı bir sıra davranış nümunələri göstərməkdən ibarət üç xüsusiyyəti vardır. Qədər inancının da fərd üzərində buna bənzər təsirləri var. Belə ki, fərdin dini inancları ona gündəlik həyatında qarşısına çıxacaq fərqli vəziyyətlərdə nə edəcəyini pozitiv istiqamətdə tənzimləməyə imkan verir. Bənzər bir şəkildə çətinliklər və təhlükələrlə dolu bir dünyada yaşayan insanın, qədər inancı ilə birlikdə inandığı varlığın himayədarlığını hiss edərək rahatlaması da ruh sağlamlığı baxımından əhəmiyyətli bir uğur olaraq qiymətləndirilir.

Frankl məna üzərinə diqqət çəkərək loqoterapiya adını verdiyi yeni bir müalicə üsulu ortaya qoymuşdur. Əsas hədəfi iradəni inkişaf etdirmək məqsədiylə məsuliyyət duyğusunu oyandırmağa və dəstəkləməyə çalışan üsullardan meydana gələn loqoterapiya, digər məktəblərin əksinə, dini, insan yaradılışının ən əhəmiyyətli ünsürlərindən biri olaraq qəbul etmiş və onu bütün insani ölçülərə xitab edə biləcək güclü bir fakt olaraq təyin etmişdir. İnanan insan üçün hadisələrin meydana gəlişi, qaynağı və ya arxasındakı gücü mənalandıran şey isə, dini məzmunlu anlayışlardır. Bu mənada dini simvol və inanc sistemləri əhəmiyyətli bir “məna qaynağı” mövqeyindədir. Məna axtarışı, eyni zamanda güclü bir dini motivasiya vəziyyətindədir. Məsələn ABŞ-da 2000-dən çox insana nə üçün dindar olduqları soruşulduğunda ən çox “din, həyatımızı mənalandırır”, cavabı verilmişdir.

Yenə dinin psixoterapevtik funksiyası üzərində  ən çox dayanan psixoloqlardan biri də  Karl Qustav Yunqdur. O:  “Dinlər nədir? Dinlər ruhi sistemlərdir. Biz psixoterapevtlər nə edirik? İnsan ruhunda baş verən xəstəlikləri müalicəyə çalışarıq. Dinlərin də etdiyi bizimkindən fərqli deyil. Bu səbəbdən Tanrıya da müalicə edən deyə bilərik. O, bir həkimdir; xəstələri sağaldır, ruhi pozuqluqları düzəldir. Bax elə bu da bizim psixoterapiya deyə adlandırdığımız şeydir. Dinləri psixoterapiya sistemləri kimi göstərməyim, bir söz oyunu sayılmasın. Hətta dinlər üçün psixoterapiya sistemlərinin ən inkişaf etmişi desək, praktikada böyük bir həqiqəti dilə gətirmiş olarıq” – sözləri ilə, bir bütün olaraq dinlərin psixoterapiyada pozitiv funksiyalarına diqqət çəkmişdir.

Koqnitiv (idrak psixologiyası) psixoterapiyanın bəzi prosedurları ilə də qədər inancı arasında funksiya bənzərliyi var. Belə ki, koqnitiv müalicənin məqsədlərindən biri, xəstənin mənfi düşüncələrini dəyişdirməkdir. Bu vəziyyət, qədər inancında ümid vəd edib irəliyə istiqamətli müsbət enerji yaymaq surətiylə təmin edilməyə çalışılır. İkinci olaraq koqnitiv psixoterapiyada əsas məqsəd xəstənin təhrif edilmiş avtomatik düşüncələrinə qarşı yeni variantlar tapmasını təmin etməkdir. Bu vəziyyət qədər inancının, fərdin sahib olduğu dini inancların meydana gətirmiş olduqları dəyər sisteminin həyatı tənzimləyici və davranışlara rəhbərlikedici bir istinad çərçivəsini aktiv hala gətirməsiylə təmin edilir. Üçüncü olaraq koqnitiv psixoterapiyada məqsəd, fərdin təhrif edilmiş idrakının yerinə, daha həqiqi şərhlər qoymasını təmin etməkdir. Bu vəziyyət dində, qədər inancının fərdin dini inanclarının günlük həyatla əlaqədar həqiqi şərhləri və fövqəltəbiət yükləmələri aktiv hala gətirməsiylə təmin edilir. Dördüncü olaraq koqnitiv psixoterapiyada xəstənin yaşantılarını təhrif etməsinə səbəb olan səhv inanclarını tanımasını və dəyişdirməsini təmin etməyi nəzərdə tutur. Bu vəziyyət də dində qədər inancı ilə, məlumata edilən istinadların aktiv hala gətirilməsi ilə həyata keçirilir.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
OKTYABRIN 18-İ ÖLKƏMİZDƏ MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ ELAN EDİLİR

Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir. Bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsi Milli Məclisin...

Bağla