PUTİN: “RUSİYADA QURANİ-KƏRİMƏ HÖRMƏTSİZLİK CİNAYƏT SAYILIR”

0

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, onun ölkəsində Qurani-Kərimin təhqir edilməsi həm Konstitusiyaya, həm də Cinayət Məcəlləsinə görə cinayət sayılır.

Dövlət başçısı bəzi ölkələrdə Qurana hörmətsizliyin cinayət sayılmadığına diqqət çəkib.

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinə səfər edən dövlət başçısı buradakı tarixi məsciddə olub, müsəlmanlarla görüşüb.

Müsəlmanların Qurban bayramını qeyd edən Putinə Quran hədiyyə olunub.

“Quran müsəlmanlar üçün müqəddəsdir, başqaları üçün də müqəddəs olmalıdır. Bu, həm Konstitusiyaya, həm də Cinayət Məcəlləsinə görə cinayətdir. Biz bu qaydalara hər zaman əməl edəcəyik”, – Putin hədiyyəyə görə təşəkkür edərək deyib.

 

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XRİSTİAN RAHİB GÖRDÜYÜ YUXU İLƏ MÜSƏLMAN OLDU VƏ HƏCCƏ GETDİ

Cənubi Afrikada din xadimi və 100 min nəfərlik xristian dini icmasının lideri olan Avraam Riçmond gördüyü yuxunun təsiri ilə İslam...

Bağla