PUTİN STOKHOLMDA QURANIN YANDIRILMASINA MÜNASİBƏT BİLDİRİB

0

Rusiya prezidenti Vladimir Putin Stokholmda Quranın yandırılmasından danışarkən Böyük Pyotrun komandanlığı altında olan rus ordusunun isveçlilər üzərində qələbəsini xatırladıb.

Rusiya dövlət başçısı Dərbənddəki məscidə səfəri zamanı vurğulayıb ki, bəzi ölkələrdə Rusiyadan fərqli olaraq dindarların hisslərinə hörmət edilmir və müqəddəs kitabların yandırılması cinayət sayılmır:

“İsveçdə Quran yenidən yandırılıb. Böyük Pyotr onlar üçün kifayət deyil”.

O xatırladıb ki, Rusiyada konfessiyalararası nifrətin qızışdırılması qanunla cinayət sayılır. Onun sözlərinə görə, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və qardaşlıq münasibətləri Rusiya xalqının birliyini möhkəmləndirir.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində iraqlı mühacir müsəlmanların müqəddəs Qurban bayramında namaz qılarkən Quranı yandırıb və iki protokol alıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Həcc mövsümünə hazırlığı ən yaxşı yerinə yetirən ölkə kimi qiymətləndirilib

Azərbaycan Həcc mövsümünə hazırlıq prosedurlarını ən yaxşı yerinə yetirən ölkə kimi qiymətləndirilib. Apa Səudiyyə Ərəbistanının Dövlət Agentliyinə istinadən xəbər verir...

Bağla