PUTİNİN SÖZÇÜSÜNDƏN QARABAĞDAKI RAZILAŞMANIN İLK GÜNLƏRİ İLƏ BAĞLI AÇIQLAMA

0

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Dağlıq Qarabağla bağlı razılaşmanın nəticələrini şərh edərkən bildirib ki, ən dəyərli məsələ silah səslərinin kəsilməsi və insanların ölməməsidir.

“RİA Novosti” agentliyi xəbər verir ki, D.Peskov bu barədə mətbuat konfransında jurnalistin “Kreml üç ölkənin əldə etdiyi barışıqdan sonra ilk günləri necə qiymətləndirir?” suallarına cavab verərkən bildirib.

V.Putinin sözçüsü əlavə edib ki, bu suala ətraflı cavab almaq üçün hərbi mütəxəssislərə müraciət etmək olar, amma istənilən halda silahların susmasına diqqət etmək lazımdır.

OXU.AZ

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QARABAĞA YENİ YOL: DÜŞMƏN VANDALLIQLARININ ÜSTÜNDƏN XƏTT ÇƏKİRİK

Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolu inşa ediləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumatda bildirilib...

Bağla