İmanın altıncı şərti qədər və qəzanın, xeyir və şərin Allahdan olduğuna inanmaqdır.
Qədər və qəzanın mənaları:
Qədər Allah təalanın əzəli elmi ilə insanların və digər məxluqatın edəcəyi işləri bilməsi və istəməsidir.
Qəza da Allahın əzəldə təqdir etdiyi şeylərin zamanı gələndə bu təqdirə uyğun olaraq yaratmağına deyilir.
Qədəri bir plana bənzədərsək, qəza da o plana uyğun olaraq baş verən hadisələrdir. Kainatta meydana gələn her şey Allahın bilməyi, istəməyi və yaratmağı ilə bağlıdır. Ondan başqa yaradıcı yoxdur.
Qədər və qəzaya iman etmək, xeyir və şərin Allahdan olduğuna, hər şeyin Allah tərəfindən təqdir edilməyinə, müəyyənləşdirməsinə və zamanı gələndə müəyyənləşdirildiyi kimi Allah tərəfindən yaradılmağına inanmaqdır.