Yol vermək üstündə sürücülər arasında davaların, hətta cinayətlərin baş verdiyi bir dövrdə sosial şəbəkələrdə insanın ürəyini isidən video-çarx yayılıb.
Suriyanın İdlib şəhərində baş verdiyi bildirilən hadisədə yolda hərəkət edən avtomobilin sahibi naməlum səbəblə sükana nəzarəti itirir və avtomobil qəfildən sola çevrilir.
Arxadan gələn avtomobilin sürücüsü isə qəflətən baş vermiş qəza vəziyyətindən ani bir manevrlə xilas olur. Həmin sürücü avtomobilini saxlayır və şükrün ifadəsi kimi yolda səcdə edir.
Qəza vəziyyətinə səbəb olan avtomobilin sürücüsü isə gələrək səcdə edən şəxsdən üzr istəyir, onu alnından öpür və tərəflər qucaqlaşaraq halallaşırlar.
Həmin video-çarxı oxucularımıza təqdim edirik: