QƏZZA ZOLAĞINDA HƏR GÜN 60-DAN ÇOX UŞAQ ÖLÜR

0

“Qəzza zolağında hər gün orta hesabla 67 uşaq ölür”.

“Report” xəbər verir ki, bu məlumatı “Əl-Cəzirə” telekanalı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin əməkdaşı Luiz Uoticə istinadən verib.

Onun sözlərinə görə, yalnız son günlər İsrail ordusu agentliyin iki məktəbinə hücum edib. Nəticədə 17 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

Bundan başqa Fələstin anklavının mərkəzi və cənub bölgələrində ehtiyacı olanlara gündəlik 400 minə yaxın yemək paylayan 100-dən çox mətbəxin qida çatışmazlığı səbəbindən bağlanma riski ilə üzləşib. Agentliyin məlumatına görə, dərman və gigiyena vasitələri olan 40-a yaxın yük maşını Qəzzaya daxil olmaq üçün Misir və İordaniya sərhədlərində gözləyir.

Bundan əlavə, agentlik sektorun yaşayış məntəqələrinin küçələrində 42 milyon tondan çox dağıntıların yığıldığını, partlamamış hərbi sursatların və minaların cəmləşməsinin mülki əhali üçün birbaşa təhlükə yaratdığını qeyd edib. Eyni zamanda minatəmizləmə üzrə mütəxəssislərin ölkəyə girişi və təmizləmə işlərinin aparılması xeyli məhdudlaşdırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA DÖVLƏT BAYRAĞI GÜNÜDÜR

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u...

Bağla