Fələstin Qəzza zolağında koronovirus pandemiyası səbəbindən avqustun 24-də bağlanan məscidlər yenidən ibadətə açılacaq.
Daxili İşlər Nazirliyinin açıqlamasında, bu bazar günü gecənin yarısından sonra məscidlərin açılacağı, şənbə və bazar günləri istisna olmaqla bu yerlərin ibadətə açıq olacağı bildirilib.
Açıqlamada həmçinin möminlərdən pandemiya qaydalarına əməl etmək, məscidə öz səccadəsini gətirmək, maskadan istifadə etmək, namaz qılarkən sosial məsafəyə riayət etmək tələb olunub.
Qeyd edək ki, mart ayından bəri Qəzza zolağında 44 279 nəfər koronovirusa yoluxub, 416 nəfər isə bu səbəbdən ölüb.