QƏZZADA HUMANİTAR TƏŞKİLATLARIN 300-DƏN ÇOX İŞÇİSİ ÖLÜB

0

Son bir ayda Qəzza zolağında humanitar təşkilatların ən azı 20 işçisi İsrail qüvvələri tərəfindən öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı “Save the Children” və “Oxfam” da daxil olmaqla səkkiz təşkilatın hazırladığı hesabata istinadən məlumat yayıb.

“Onlar öz evlərində, qaçqın düşərgələrində və humanitar yardım apararkən həlak olublar. Bir çoxları öz yaxınlarını, ailə üzvlərini və qohumlarını itirib”, – telekanal bildirib.

Qeyd olunub ki, İsrailin aviazərbələrinin son qurbanları oktyabrın 19-da Fələstin anklavının cənubunda yerləşən Xan Yunisdə su kəmərinin təmiri zamanı həlak olan dörd mühəndis və iki fəhlə olub.

“İsrail hakimiyyət orqanları ilə əvvəlcədən razılaşdırılsa da, onların aydın işarələnmiş maşını vurulub. İsrail keçən il oktyabrda müharibəyə başladığından bəri Qəzzada 300-dən çox humanitar təşkilatların işçisi öldürülüb ki, bu da dünyada indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
COP29-da TDT ölkələrinin ekologiya üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb

TDT nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planına imza atıb. COP29 çərçivəsində Türk Dövlətləri...

Bağla