QƏZZADA MİNLƏRLƏ AİLƏ SAHURSUZ ORUC TUTUR

0

Yoxsulluq səbəbindən Qəzzada yüz minlərlə insan sahursuz oruc tutur.

Bu barədə ərəb dünyasının ən böyük nəşrlərindən olan “Asharq Al-Awsat” (Orta Şərq) qəzeti məlumat yayıb. Qəzetin xəbərinə görə, Qəzza əhalisinin 80%-i yoxsulluq həddinin altında yaşayır. Qəzetə açıqlama verən yerli sakinlərdən Hamdan Thabet, ərinin əlil olduğunu, 7 nəfərlik ailənin imsaq vaxtı bir parça keks və 1 stəkan çayı bölüşdüyünü və 14 saat oruc tutduqlarını deyib.

Fələstinli millət vəkili və Mühasirəyə Qarşı Xalq Komitəsinin sədri Camal Xudri Qəzzaya gün ərzində sadəcə 4 saat elektrik enerjisi verildiyini, vətəndaşa verilən suyun 95%-nin içmək üçün yararlı olmadığını deyib. Qəzza  Zolağında iş tapmaq imkanın demək olar ki, olmadığını deyən Xudri, mühasirə səbəbindən humanitar yardımların da bölgəyə çatmadığını vurğulayıb.  

Qəzet xəbərində ən acınacaqlı halın, minlərlə ailənin bu ramazanda sahursuz oruc tutmaq məcburiyyətində qalması olduğunu yazıb.

ŞİRƏLİ MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ELMDƏ ORUCLA BAĞLI SÜBUT OLUNMUŞ FAKTLAR

 Ənənəvi oruc qaydalarına görə, günün müəyyən saatlarında yemək və içmək olmaz. Bu minlərlə ildir ki, dinlərin istifadə etdiyi üsuldur. Tarixi...

Bağla