Qəzza sektorunda hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 34 943 nəfərə, yaralıların sayı isə 78 572 nəfərə yüksəlib.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində 39 fələstinlinin həlak olduğunu, daha 58 nəfərin isə yaralandığını açıqlayıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.
Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.