QƏZZADA ÖLƏNLƏRİN SAYI 43,8 MİN NƏFƏRİ KEÇİB

0

Ötən ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan indiyədək İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 43 min 800-dən çox fələstinli ölüb.

“Report” xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi teleqramda bildirib.

“İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 2023-cü ilin oktyabrından bugünədək 43 846 nəfərə yüksəlib, daha 103 740 nəfər yaralanıb”, – deyilir.

Qeyd olunur ki, son 24 saat ərzində Qəzzada 47 fələstinli ölüb, daha 139 nəfər yaralanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH DAĞLIQ ƏRAZİLƏRDƏ QAR YAĞACAQ

Azərbaycanın rayonlarında noyabrın 17-də bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Milli Hidrometrologiya Xidmətindən bildirilib...

Bağla