QƏZZADA UÇURULAN KİTAB MAĞAZASI ÜÇÜN DÜNYA SƏFƏRBƏR OLDU

0

İsrail Hərbi Hava Qüvvələrinin Qəzza Zolaında bir müddət əvvəl həyata keçirdiyi bombardıman zamanı uçurulan kitab mağazası üçün 200 min dollar ianə toplanıb.

Bir müddət əvvəl İsral HHQ-nin Qəzza Zolağında gerçəkləşdirdiyi bombardıman vaxtı bir çox yaşayış evi ilə yanaşı Samir Mənsur adlı şəxsə aid 2 mərtəbəli kitab mağazası da dağılıb.

Bundan sonra ABŞ-dan olan iki vəkil və hüquq müdafiəçisi Mahviş Ruksana ilə Klayv Stafford social şəbəkədə uçurulan kitab mağazası üçün yardım kampaniyası başladıblar.

“Qəzzanın ən böyük və ən çox sevilən kitab mağazası və kitabxanası bombardıman nəticəsində uçurulub. İki mərtəbəli Samir Mənsurkitablığı 21 il əvvəl tikilib, yerli Qəzza icması ilə fələstinli məktəb uşaqları üçün ictimai mərkəz və kitabçı kimi xidmət etmişdir.” – deyə başladılan yardım kampaniyasının mətnində yazılıb. 

Social şəbəkələrdə rəğbətlə qarşılanan yardım kampaniyası üçün 200 min dollar ianə yığılıb. Kampaniyada 4 min 300 nəfərin iştirak etdiyi bildirilir və 250 min dollar həddindən sonra kampaniya dayandırılacaq.

İsrail saldırılarında dükkanı yıkılan kitapçıya 200 bin dolar bağış

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZAD OLUNAN ƏRAZİLƏRDƏ MƏSCİDLƏR BƏRPA OLUNUR”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı işğaldan azad olunan ərazilərdə dini ibadət yerləri ilə bağlı görülən işlərdən...

Bağla